Günün valyuta məzənnələri açıqlandı
Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.
APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 27-si ilə müqayisədə artaraq 1,9165 manat təşkil edib.
Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 2,0563 manat olub.
Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,4099 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.
Rus rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 32 manat, 100 lirə 49 manat 61 qəpik, 100 gürcü larisi isə 71 manat 05 qəpikdir.
Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.
OXŞAR XƏBƏRLƏR
13:58
944
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1129
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1105
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1061
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1158
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1094