Kanadada məsciddə 5 nəfər namaz qılarkən öldürüldü

Kanadada məsciddə silahlı insident baş verib.

APA TV-nin "Reuters"-ə istinadən verdiyi xəbərə görə, hadisə Kvebek şəhərində qeydə alınıb.

İlkin məlumata əsasən, üç silahlının açdığı atəş nəticəsində 5 nəfər ölüb.

Hadisə baş verdikdə məsciddə 40-a yaxın dindar olub. İnsidentin təfərrüatları barədə hələ ki, məlumat verilmir.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR