Qazaxda ağır qəza: 1 ölü, 2 yaralı

Qazaxda ölümlə nəticələnən ağır yol qəzası baş verib. APA TV-nin Qərb bürosunun verdiyi məlumata görə, hadisə rayon mərkəzindən Xanlıqlar kəndinə gedən yolda qeydə alınıb.

“Mersedes” və “VAZ 21015” markalı avtomobillərin toqquşması nəticəsində rayonun Cəfərli kənd sakini 29 yaşlı Şahin Heydərov hadisə yerində dünyasını dəyişib. Onun həmkəndliləri 33 yaşlı Aqif Ömərov və 29 yaşlı Əhəd Əsgərov isə müxtəlif bədən xəsarətləri İlə Qazax Müalicə Diaqnostika Mərkəzinə yerləşdiriliblər. Onların vəziyyətlərinin orta ağır olduğu bildirilir.

Faktla bağlı Qazax rayon Polis Şöbəsində araşdırma aparılır.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR