Bakının ən çox qar düşən səmtindən REPORTAJ

Dünən axşam saatlarından etibarən respublika ərazisində havalar kəskin soyuyub. Hazırda qar yağır.

 

Qarlı hava daha çox Yasamal ərazisində müşahidə olunur. Parklarda, yol kənarlarında müvafiq təmizləmə işləri aparılır: “Səhər saatlarından işləyirik. Yolları açırıq ki, heç bir problem olmasın. Səhər saat 9-dan axşam saat 9-a kimi işləyirik. Dayanmadan işləyirik”.

 

Uşaqlar da qar yağmasını fürsət bilib parklara gəlir, qartopu oynayır, hətta qar adamı düzəldirlər. 

 

Qarın yağması ən çox uşaqları sevindirir. Onlar parklara üz tutur, qar adamı düzəldirlər.

 

Hava şəraiti ilə əlaqədar “Azəravtoyol” ASC gücləndirilmiş iş rejiminə keçib. ASC-nin mətbuat katibi Anar Nəcəflinin sözlərinə görə, 1000-dən artıq maşın hazır vəziyyətə gətirilib. Növbətçilik sistemi fəaliyyət göstərir. Qərargah yaradılıb: “Bakı şəhərinin bizim balansımızda olan yollarında, o cümlədən, respublika avtomobil yollarında ciddi problem müşahidə olunmayıb. Enişli-yoxuşlu yollarda, xüsusilə dağlıq ərazilərdə - Ağsu aşırımı, Muğanlı-İsmayıllı yolunda müəyyən qədər nəqliyyatın hərəkətində problemlər yaşanırdı. O da dərhal tərəfimizdən aradan qaldırılıb”.

 

ETSN Proqnozlar Bürosunun direktor əvəzi Gülşad Məmmədova deyir ki, qarlı hava şəraiti yanvarın sonuna qədər müşahidə olunacaq: “29-da yağıntılı olacaq, qar yağacaq. 29-u gündüz bəzi rayonlarda yağıntılar fasiləli olacaq. Mərkəzi Aran rayonlarında 2-6 dərəcə, dağlıq ərazilərdə isə 0-5 dərəcə şaxta gözlənilir”.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR