Cənub bölgəsinə 20-25 sm qar yağıb
Ötən gündən yağan qar ölkənin cənubunda, Lənkəran-Lerik yolunda problemlər yaradıb.
APA TV-nin cənub bürosunun məlumatına görə, yolun buzlaşması səbəbindən nəqliyyatın hərəkəti çətinləşib.
Ən çətin vəziyyət yolun 40-cı km-dən Lerik istiqamətində müşahidə olunur. Yolun bu hissəsində buzu əritmək üçün işçilər magistrala mütəmadi olaraq qum, duz tökür. Lerik rayon Yol İstismar İdarəsinin rəisi Elxan Əliyev sürücülərə imkan daxilində bu yoldan hərəkət etməməyi, qışa hazırlıqlı vəziyyətdə yola çıxmağı məsləhət görür.
Hazırda rayonda havanın temperaturu -8 dərəcəyə yaxındır. Rayon İcra Hakimiyyəti başçısının müavini, Fövqəladə Hallar Komissiyasının sədri Habil Məlikov yağan qarın hələlik problem yaratmadığını bildirib. Rayonun enerji, qaz, su təchizatında problem yaşanmır. Qarın hündürlüyü ucqar ərazilərdə 20-25 sm, Lerik şəhərində isə 15 sm təşkil edib.
Leriklə yanaşı, bölgənin bütün rayonlarına qar yağıb. Lənkəranda rayon mərkəzində qarın qalınlığı 5-6 sm, ucqarlarda 20 sm-dən artıqdır. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Lənkəran Hidrometeoroloji Müəssisəsindən verilən məlumata görə, cənub bölgəsində qeyri-sabit hava şəraiti ayın sonuna kimi davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı