Tereza Mey ABŞ-dan birbaşa Ankaraya gəldi

Böyük Britaniyanın baş naziri Tereza Mey Vaşinqtondan sonra Ankaraya gəlib. APA TV-nin məlumatına görə, hökumət rəhbəri ilk olaraq Anıtqəbiri ziyarət edib.

Daha sonra Mey Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanla görüşüb.

Səfərdə məqsədin iki ölkə arasında ticarət əlaqələrinin inkişaf etdirilməsinin olduğu bildirilir.

Tereza Mey türkiyəli həmkarı Binəli Yıldırımla da bir araya gələcək.

 

 

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR