Tramp ilk dəfə Pentaqonda
ABŞ prezidenti Donald Tramp Pentaqonu ziyarət edib. APA TV-nin məlumatına görə, generallarla görüşdə əsas müzakirə mövzusu Yaxın Şərqdə İŞİD-lə mübarizənin gələcəkdə hansı üsullarla aparılması olub.
Həmin üsullar arasında elələri var ki, Barak Obama onları nəzərdən belə keçirməyib. Generalları daha çox Donald Tramp üçün həmin metodlardan hansının prioritet təşkil etdiyi maraqlandırıb.
Görüşdə bildirilib ki, Barak Obama administrasiyası regionda eyni anda iki məqsədə nail olmaq istəyib - Türkiyə ilə münasibətləri yaxşı səviyyədə saxlamaq və İŞİD-i məhv etmək. Müzakirələr zamanı bu siyasətin yanlış olduğu bildirilib.
"Əgər prioritetdə hədəf çoxdursa, məqsədi müəyyənləşdirmək çətinləşir. Biz indi gözləyirik ki, qarşımızda konkret məqsəd olsun", - deyə yüksək rütbəli Pentaqon hərbçisi bildirib.
Prezident Trampa təqdim ediləcək yeni strategiyanın əsas hissəsini bölgədəki kürd silahlı müxalifət qruplaşmalarına hərbi dəstək verilməsi təşkil edir. Onların İŞİD-lə mübarizədə effektiv rol oynadığı və terrorçuların Suriyadakı qalası Rəqqaya hücumda mühüm qüvvə olduğu qeyd edilib. Türkiyənin bu qruplaşmaları terrorçu kimi tanıması və Ankara ilə münasibətlərin daha da korlana biləcəyi də müzakirə edilib.
Bundan əlavə, Suriyaya "Apache" hərbi helikopterlərinin və quru qoşunlarının da göndərilməsi barədə söhbət gedib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı