Milli Məclisdə uşaqların istirahəti ilə bağlı müzakirələr aparıldı
Azərbaycan Milli Məclisinin (MM) Sosial siyasət Komitəsinin bu gün keçirilən iclasında yeni hazırlanan “Uşaqların istirahətinin təşkili haqqında” qanun layihəsi ilkin formada müzakirəyə çıxarılıb. APA TV-nin xəbərinə görə, layihə barədə məlumat verən komitə sədri Hadı Rəcəbli bildirib ki, hazırda uşaqlar üçün əvvəlki pioner düşərgələrini, lagerləri əvəz edəcək yerlər, imkanlar yoxdur və qanunun indiki şəraitdə qəbulu zəruridir.
Layihədə uşaqların istirahəti üçün müəssisələrin, istirahətin təsnifatı, yardıma ehtiyacı olan uşaqlar üçün isə xüsusi güzəştlərin tətbiqi, uşaqların ölkədən kənarda, xarici ölkələrdə dövlət hesabına istirahətinin təşkili nəzərdə tutulur. 5 fəsil, 25 maddədən ibarət olan layihədə dövlət siyasətinin əsas istiqamətləri, uşaqlara istirahət üzrə xidmətlərin göstərilməsinin qayda və şərtləri, həmçinin uşaqların istirahəti prosesinin iştirakçılarının hüquq və vəzifələrini müəyyən edir. Bu sahədə yaranan münasibətləri tənzimləyir. Müzakirələrdən sonra layihə bir sıra əlavə təklifləri nəzərə almaqla yenidən işlənməsi İşçi Qrupuna verilib.
OXŞAR XƏBƏRLƏR
Səhiyyə Nazirliyi: Azad edilmiş ərazilərdə xəstəxanaların layihələndirilməsi işləri gedir
"Azərbaycanın yaratdığı əməkdaşlıq irsinə əsaslanan model formalaşdıracağıq"
Bakıda leysan, dağlarda qar gözlənilir - HAVA PROQNOZU
Bakıda və bölgələrdə güclü külək gözlənilir
Yardımlıda qədim dəfn adətlərinə dair FAKTLAR ÜZƏ ÇIXDI