Əli Əhmədov: "Cocuq Mərcanlı ilə bağlı sərəncam böyük hadisələrin başlanğıcıdır"
"Prezident İlham Əliyevin işğaldan azad edilmiş Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı imzaladığı sərəncam böyük hadisələrin müjdəçisi, başlanğıcıdır".
APA TV-nin xəbərinə görə, baş nazirin müavini Əli Əhmədov bildirib ki, sərəncam Azərbaycanın Dağlıq Qarabağ münaqişəsinin həll olunması istiqamətində həyata keçirdiyi çox əhəmiyyətli addımlardan biridir: “Azərbaycan dövləti, hökuməti, prezidenti bununla işğal atında olan torpaqlarımızı geriyə qaytarmaq əzmini bir daha qəti şəkildə ortaya qoydu. Biz geriyə qaytardığımız torpaqları bir kəndin timsalında bərpa etməklə, cəmiyyətin yüksək əhval-ruhiyyəsini, ovqatını bütün dünyaya, Dağlıq Qarabağ münaqişəsini həll etmək üçün yaradılmış beynəlxalq təşkilatlara, torpaqlarımızı müvəqqəti də olsa, işğal altında saxlayan erməni tərəfinə çatdırmış oluruq".
Bütün cəmiyyətin mövqeyinin Azərbaycanın işğal olunmuş torpaqlarını geri qaytarmaq olduğunu deyən Əli Əhmədov vurğulayıb ki, məcburi köçkünlərimiz öz yurd-yuvalarına qayıdacaqlar. Bununla da həm Azərbaycanın ərazi bütövlüyü bərpa ediləcək, həm də böyük tarixi ədalətsizlik aradan qaldırılacaq.
Ə.Əhmədov Cocuq Mərcanlıda görüləcək işləri dövlətin həyata keçirəcəyini deyib: “Amma mən hesab edirəm ki, torpaqlarımız işğaldan azad edildikcə, beynəlxalq qurumlar həmin torpaqların bərpa olunmasına yardımlar göstərəcək, qrantlar ayıracaqlar. Lakin bu, gələcəyin işidir”.
Qeyd edək ki, 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayılın Cocuq Mərcanlı kəndinin bərpası ilə bağlı birinci mərhələdə 50 fərdi yaşayış evinin, məktəb binasının və müvafiq infrastrukturun tikintisi üçün Prezidentinin Ehtiyat Fondundan ilkin olaraq 4 milyon manat ayrılıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı