İŞİD Mosul yaxınlığındakı neft çənlərinə od vurdu
İŞİD qruplaşması Mosul ətrafındakı neft çənlərinə od vurub. APA TV-nin məlumatına görə, terrorçuların təxribat törətdiyi bölgədə minlərlə sakin yaşayır.
Onların zəhərlənmədən qorunmaq üçün heç bir müdafiə ləvazimatı yoxdur. Artıq yüzlərlə insanın zəhərləndiyi məlum olub. Onlar xəstəxanalara yerləşdiriliblər. Zəhərlənənlər arasında azyaşlılar da var.
Mosulun İŞİD-dən təmizlənməsi məqsədi güdən əməliyyata ötən ilin oktyabr ayında start verilib. Əməliyyatda İraq ordusu ilə yanaşı, kürd silahlı qruplaşmaları da iştirak edir. ABŞ-ın rəhbərliyi ilə beynəlxalq koalisiya qüvvələri onlara havadan dəstək verir.
10 gün əvvəl Mosulun şərq hissəsi terrorçulardan azad olunub.
OXŞAR XƏBƏRLƏR
13:58
938
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1124
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1100
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1059
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1157
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1092