Qaçaqmal sərgisi: İsa peyğəmbərin heykəli, qədim silahlar... - BAKIDA İLK DƏFƏ
Zaman-zaman Azərbaycana məxsus tarixi-mədəniyyət nümunələrinin sərhədlərdən qanunsuz şəkildə çıxarılması cəhdləri olur. Lakin bu cəhdlərin qarşısı uğurla alınır.
Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyevin sözlərinə görə, gömrük qaçaqmalçılıqla mübarizə aparan bir orqandır: "Biz maddi-mədəni irsin keşiyində dayanmışıq. Biz ölkənin mədəni, tarixi, dini əşyalarını qoruyan və sərhəddən qanunsuz keçirilməsinin qarşısını alan orqanlardan biriyik".
APA TV-nin məlumatına görə, qaçaqmalçılıq yolu ilə sərhəddən keçirilməsinə cəhd edilən 200-dən çox xalça, 300-dən çox qədim əlyazma, onlarla ikona, XIX əsrə aid unikal nümunə sayılan İsa peyğəmbərin heykəlciyi, Əfqanıstanda istehsal olunan yüzlərlə silah, eyni zamanda Bizans dövrünə aid heykəlciklər bu günlərdə Muzey Mərkəzində sərgilənir. Bu nümunələr 2008-ci ildən etibarən ilk dəfə Belçikada, daha sonra digər ölkələrdə nümayiş olunub. Azərbaycanda isə bu sərgi ilk dəfə təşkil edilib.
Dövlət Gömrük Komitəsinin Gömrük Tarixi Muzeyinin kolleksiyası əsasında formalaşan sərgi dünyanın 10-dan çox ölkəsində təşkil edilib. Bir-birindən maraqlı eksponatlar sərgi iştirakçıları tərəfindən maraqla qarşılanıb.
Sərgi təşkilatçıları uşaqları hədiyyə ilə yolla saldılar. Onlara "Azərbaycan Gömrüyünün fəaliyyəti poçt markalarında" adlı nəşr verilib.
Sərgini izləyənlər arasında əcnəbilər də vardı. Namibiya Gömrük Komitəsinin rəhbəri Syuzan Biikis sərgi ilə bağlı təəssüratlarını bölüşüb: "Dünyada gömrükdən müsadirə olunan əşyaları bir qalereyada toplayan ölkələrin sayı o qədər də çox deyil. Bu, həqiqətən, güclü təsir bağışlayır. Ən çox silahları bəyəndim".
Sərgi yanvarın 31-dək davam edəcək.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı