Türkiyə sərhədində yeni müharibə başladı
Suriyanın İdlib vilayətində iki müxalif qruplaşma arasında müharibə başlayıb.
APA TV-nin Türkiyə mətbuatına istinadən xəbərinə görə, "Əl Qaidə"nin Suriyadakı qolu "Şamın Fəthi Cəbhəsi" və müttəfiqləri Türkiyəyə yaxınlığı ilə bilinən "Əhrar əş-Şam", "Sukur əş-Şam" və Azad Suriya Ordusu birliklərinə qarşı böyük bir hücuma başlayıb. Döyüşlər Türkiyə sərhədinin 10 kilometrliyindəki Dana və Sarmadada genişlənib.
İdlibdə ABŞ-ın liderliyi ilə koalisiyanın İŞİD-ə qarşı keçirdiyi hava hərəkatlarında "Şamın Fəthi Cəbhəsi" ağır itkilər verib. Qruplaşma son iki ayda bir çox komandirini itirib. Hava hücumları üçün "Şamın Fəthi Cəbhəsi"nin qərargahlarını işarələyənlərin Azad Suriya Ordusu qruplarının olduğu düşünülür. Qruplaşma qarşı tərəfin bir neçə qərargahını tutub, 15 müxalif döyüşçünü ələ keçirdiyi bildirilir.
"Şamın Fəthi Cəbhəsi"nin Türkiyənin Suriya ilə Cilvəgözü Sərhəd Məntəqəsinin qarşısında yerləşən Bab Əl Hava məntəqəsinə əməliyyat hazırlığında olduğu iddia olunur.
Suriyada İŞİD-dən sonra ikinci ən böyük qrup olan "Əhrar əş-Şam" və "Şamın Fəthi Cəbhəsi" ortaq hərəkət edirdi. "Fərat qalxanı" əməliyyatından sonra onların arasında ziddiyyət dərinləşdi. "Şamın Fəthi Cəbhəsi" Hələbin Əsəd tərəfdarlarının əlinə keçməsində əsas səbəbi "Fərat qalxanı"na qatılan qrupların şəhərdən döyüşçülərini çəkməsində görür.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı