ABŞ-ın növbəti müdaxiləsi: neft ucuzlaşmağa başladı
Birjalarda neftin satışlarında ciddi ucuzlaşma baş verib.
APA TV-nin məlumatına görə, "Brent" markalı neftin bir bareli 55,53 dollardan satılır. Bu markadan olan neft ötən gün axşam saatlarında 55 dollara qədər ucuzlaşdıqdan sonra yenidən 50 sent bahalaşıb. Həftənin son satışlarında qeydə alınan qiymətlər 24 saat əvvəlki qiymətlərdən bir dollara qədər ucuzdur.
Qiymət dəyişməsi WTİ neftində də eyni formada nəzərə çarpıb. Dünən axşam saatlarında 52,70 dollara qədər ucuzlaşan Qərbi Texas nefti yenidən bahalaşaraq 53,20 dollardan satılıb.
Qiymətlərin ucuzlaşmasına əsas səbəb kimi ABŞ-da hasilatın artmasıdır. Bu ölkədə hasilat 6 faiz artaraq gündəlik 8,96 milyon barelə çatıb. Neftin qiymətlərinin 50 dolları keçməsi ABŞ-da şist neftinin çıxarılmasını sərfəli edir.
Neft bazarında hələ bir neçə ay qeyri-sabitlik olacağı güman olunur. OPEK və 11 qeyri-kartel ölkəsi hasilatı azaltmaqla bağlı anlaşmaya əməl edərək bazara az neft çıxarır. Eyni zamanda ABŞ-da yeni hökumət qurulur. Prezident Donald Tramp ABŞ-ın neft ehtiyacını daxili resurslar hesabına ödəyəcəyini açıqlayıb. Bu qərarın həyata keçəcəyi təqdirdə neftin kəskin qiymət itirəcəyi gözlənilir. Çünki ABŞ bazarda böyük neft alıcısıdır.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı