Tovuzda qaynar çayla dolu çaynik azyaşlının üstünə aşdı

Tovuz rayonunda 6 yaşlı uşaq yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. APA TV-nin məlumatına görə, rayonun Yuxarı Öysüzlü kənd sakini, 2011-ci il təvəllüdlü Məmmədov Nahid Rasim oğluna Tovuz Mərkəzi Rayon Xəstəxanasında 2-ci dərəcəli yanıq xəsarəti diaqnozu qoyulub.

 

Yaxınlarının bildirdiyinə görə, uşaq üzərinə çaynikdə olan çayı dağıdıb.

 

Azyaşlıya tibbi yardım göstərilib. Vəziyyətinin orta-ağır olduğu bildirilir.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR