Donald Tramp: “Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir”

Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq tezdir. APA TV-nin məlumatına görə, bunu ABŞ prezidenti Donald Tramp Böyük Britaniyanın baş naziri Tereza Mey ilə keçirdiyi birgə mətbuat konfransında bəyan edib.

 

“Rusiyaya qarşı sanksiyaların ləğvindən danışmaq hələ tezdir. Biz bütün ölkələrlə yaxşı münasibət qurmaq niyyətindəyik, o cümlədən Rusiya ilə”.

 

Tereza Mey isə qeyd edib ki, Ukrayna üzrə Minsk razılaşmaları yerinə yetirilməyənədək Rusiyaya qarşı tətbiq edilən sanksiyalar qüvvədə qalmalıdır.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR