Əli Həsənov: “Müavinətlərlə bağlı narazılıqlar əsaslı olsa, dərhal reaksiya veriləcək”

Prezident İlham Əliyevin məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün vahid aylıq müavinətin müəyyən edilməsi haqqında fərmanı çox vacibdir. Artıq bununla bağlı geniş müzakirələr gedir. Biz də dəqiqləşdirmələrimizi aparırıq".

 

APA TV-nin məlumatına görə, bunu Baş nazirin müavini, Qaçqın və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov deyib. Ə. Həsənov qeyd edib ki, aylıq sosial müavinətlərlə təmin olunacaq və olunmayacaq şəxslərin siyahısı dəqiqləşdirilir: "Nazirlər Kabinetinin qərarında bunlar detallı şəkildə əksini tapıb. Təbii ki, narazı olanlar da var. Narazılıqlar əsaslı olarsa, dərhal reaksiya veriləcək", - deyə o bildirib.

 

Ölkə başçısının imzaladığı fərmana əsasən məcburi köçkünlər və onlara bərabər tutulan şəxslər üçün yemək xərci müavinəti, habelə kommunal və digər xidmətlər üzrə dövlət büdcəsindən ödənişlər əvəzinə 2017-ci il 1 yanvar tarixindən hər bir məcburi köçkün və onlara bərabər tutulan şəxslər üçün 36 manat məbləğində vahid aylıq müavinəti müəyyən edilib.

 

Əli Həsənov Cocuq Mərcanlı kəndinin bərpası barədə də danışıb. Baş nazirin müavini deyib ki, Cocuq Mərcanlı kəndinin bərpası ilə əlaqədar ölkə başçısının imzaladığı sərəncam tarixi əhəmiyyətə malikdir:

 

"Biz həmişə deyirdik ki, qayıdış proqramımız hazırdır və sülh müqaviləsi bağlanan andan onun icrasına başlanacaq. Lakin ölkə başçısı sülh müqaviləsinin imzalanmasını gözləmədən bərpa işlərinin həyata keçirilməsi ilə bağlı qərar verdi. Bu, bizə imkan verir ki, qayıdış proqramımızı təcrübədən keçirək".

 

Ə. Həsənov əlavə edib ki, yanvarın 28-də sabah işğal altında olan rayonların icra başçıları və millət vəkillərinin iştirakı ilə geniş müşavirə keçirəcək. Onun sözlərinə görə, iclasda layihələndirmə işləri müzakirə olunacaq.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR