“Sovetski"də yaşayış binasında güclü yanğın olub-YANĞIN ANI

Bakının "Sovetski" adlanan ərazisində üçmərtəbəli yaşayış binasında yanğın baş verib . Saat 17:00-da başlayan yanğın bir neçə saata lokollaşdırılıb.  

 

Yanğın barəsində FHN -ə ilk məlumatı qonşular veriblər.  Tüstü evlərə dolduğundan qonşular təşvişə düşüblər. Yanğın zamanı iki nəfər tüstüdən zəhərlənib.

 

Təcili tibbi yardım briqadasının həkimləri 1969-cu il təvəllüdlü Liliya Mixaylovna Xazibova və  1935-ci il təvəllüdlü Raisa Abutalıbovaya ilk yardım göstəriblər. Binanın kommunal xətləri  müvəqqəti olaraq bağlanılıb. Ətraf tikililər yanğından mühafizə olunub.

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR