FHN əməkdaşı: "Şahmat hobbimizdir" - ÇEMPİONAT

İlqar Hüseynov Fövqəladə Hallar Nazirliyinin Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyində baş məsləhətçi işləyir. Amma şahmata olan marağı onu FHN-in İdman-Sağlamlıq Klubu və Həmkarlar İttifaqının təşkilatçılığı ilə keçirilən yarışda iştiraka sövq edib və komandası 14 komanda arasında 1-ci yeri tutub: "Şahmatla gənclik dövründən məşğul olmuşuq. Şahmat hobbimizdir. Çalışmışıq ki, bu hobbimizi gücləndirək".

 

APA TV-nin xəbərinə görə, Dövlət Agentliyində təşkil olunan çempionatda 14 komandadan 60-a yaxın əməkdaş iştirak edib. FHN-in İdman-Sağlamlıq Klubunun rəisi Füzuli Musayev bildirib ki, yarış həm şəxsi, həm də komanda hesabında İsveçrə sistemi üzrə keçirilib. Komandaların tərkibində 3 əsas və 1 ehtiyat oyunçu yer alıb.

 

Komanda hesabında 1-ci yeri Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyi, 2-ci yeri Dövlət Yanğından Mühafizə Xidməti, 3-cü yeri isə Xüsusi Riskli Xilasetmə Xidməti tutub. Qaliblərə diplom, kubok, medal və hədiyyələr təqdim olunub.

 

Nazirlik sistemində 2015-ci ildə idmanın ayrı-ayrı növləri üzrə keçirilmiş yarışlarda əldə etdikləri nəticələrə görə fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bir qrup FHN əməkdaşına təşəkkürü çatdırılıb.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR