Gənc repçi: "Röya mənim sevgilimdir"

Ceyhunun 25 yaşı var. Əvvəllər replə məşğul olub. Payız aylarında “Bir gün” mahnısı ilə yeni janrda - “regi”də debüt edib. Amma budəfəki mahnısı regi step janrındadır və deyəsən, daha çox səs-küy yaradacaq. Səbəbi mahnının ithaf olunduğu şəxslə bağlıdır.

 

“Sevgilim” adlı mahnı sevgi mövzusundadır və Ceyhun onu müğənni Röya Ayxana həsr edib. "Nəyə görə məhz Röya?" sualına Ceyhun maraqlı cavab verib: “Röya xanıma mən tamam başqa prizmadan yanaşıram”.

 

Sən demə, Röya Ayxanı Ceyhun xəyallarındakı sevgili kimi görür. O, xanım sənətçini “Bahar” mahnısı ilə sevməyə başlayıb. O vaxtdan da günü-gündən artıb bu sevgi: “Röya sevgisi çoxdan yaranmış bir sevgidir. Bu hissləri də qərara aldım ki, etiraf edim. Ola bilər, bəzi insanlara qəribə gəlsin. Mənim xasiyyətim belədir ki, hisslərimi saxlaya bilmirəm”.

 

“Sevgilim” mahnısına klip də çəkiləcək. 

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR