Səlim Müslümov: "Sığorta stajı məhdudiyyəti aradan qaldırılır"
"İnsanların pensiyası yalnız onların öz fərdi hesablarında topladıqları vəsaitə görə təyin olunacaq. Ona görə də onların fərdi hesablarına onlar üçün ödənilən sosial sığorta haqları tam məbləğdə yerləşdiriləcək".
APA TV-nin xəbərinə görə, əmək və əhalinin sosial müdafiəsi naziri Səlim Müslümov bildirib ki, pensiya sistemində olma müddətinə uyğun olaraq yaşın artırılması da nəzərdə tutulur: "Bu gün biz təhlillər aparmışıq belə bir göstərici var. Pensiya sistemində olma müddəti, Azərbaycanda 2016-cı ildə qadınlar üzrə 18,5 il - amma bilirsiniz, biz pensiyanı hesablayanda 12 il götürürük, - kişilər üzrə 14,4 ildir. Buna uyğun olaraq biz daha çox vəsait toplamaq imkanını veririk".
Nazir qeyd edib ki, yeni dəyişikliyə əsasən sığorta stajı məhdudiyyəti də aradan qaldırılır: "Əgər insanın öz fərdi hesabına toplandığı məbləğ 144-ə bölündükdə, alınan rəqəm həmin o minimum pensiya məbləğindən yuxarıdırsa, o zaman heç bir stajının onun neçə il olmasından asılı olmayaraq, həmin adama pensiya təyin olunub ödəniləcək. Əgər bu məbləğ kifayət etmirsə, o zaman staja baxılacaq ki, əgər həmin adamın 25 ildən artıq stajı varsa, ona ən azı sistem öz vəsaiti hesabına minimum pensiya məbləği qədər pensiya təyin edəcək".
Qeyd edək ki, Səlim Müslümov və Ukraynanın sosial siyasət naziri Andrey Reva tərəfindən “Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə Ukrayna Respublikasının Sosial Siyasət Nazirliyi arasında Əməkdaşlıq Proqramı” imzalanıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı