ÜGT baş katibi: "Azərbaycan gömrüyü regional liderdir"

Azərbaycan gömrük xidməti 25 illik yubileyini qeyd edir.

 

APA TV-nin xəbərinə görə, Dövlət Gömrük Komitəsinin (DGK) sədri Aydın Əliyev 25 illiyini qeyd edən Azərbaycan gömrük xidmətinin yaranmasında ümummilli lider Heydər Əliyevin böyük rolu olduğunu bildirib: "Kadrların səviyyəsinin artırılması bizim üçün ən mühüm məsələlərdən biridir. Bu sahədə biz həmişə Ümumdünya Gömrük Təşkilatından dəstək görmüşük".

 

Ümumdünya Gömrük Təşkilatının baş katibi Kunio Mikuriya bu gün Azərbaycan gömrüyünün regional lider olduğunu vurğulayıb: "Azərbaycan gömrüyü hazırda potensial quruculuğa, texniki potensiala və müasir kinoloji mərkəzə malikdir".

 

Milli Məclis sədrinin birinci müavini Ziyafət Əsgərov qeyd edib ki, Azərbaycan iqtisadiyyatının inkişafı gömrük xidmətinin əməyindən və səmərəliliyindən asılıdır: "Gömrük orqanları Gömrük Məcəlləsinin tələblərinə uyğun olaraq Azərbaycan iqtisadiyyatının inkişaf etdirilməsində xüsusi rol oynayırlar və əminəm ki , bu proses davam edəcək".  

 

Milli Məclisin komitə sədri Ziyad Səmədzadə və UNEC-in rektoru Ədalət Muradov ticarətin təhlükəsizliyi və asanlaşdırılması haqqında məruzə ilə çıxış ediblər.

 

Sonda DGK ilə UNEC arasında elmin inkişafı və kadr potensialının gücləndirilməsi sahəsində Anlaşma Memorandumu imzalanıb.

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR