Basketbolçunun gözü yuvasından çıxdı - REAL KADRLAR

Avstraliya Milli Basketbol Liqasında oyun zamanı basketbolçunun gözü yuvasından çıxıb.

 

APA TV-nin məlumatına görə, dəhşətli hadisə "New Zealand Breakers" ilə "Cairns Taipans" komandaları arasındakı oyun zamanı baş verib.

 

Top uğrunda mübarizədə rəqib komandanın oyunçusunun qolu Akil Mitçellin gözünə dəyir, basketbolçunun gözü yuvasından çıxır. Ağrılar içində qıvrılan idmançıya həkimlər yardım edir.

 

Hadisə idmançılara və tamaşaçılara şok yaşadıb. Oyun 15 dəqiqə aradan sonra davam edib. Akil Mitçellin gözündə müalicələrdən sonra problem olmayacaq.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR