Bakıda şaxtalı havalar başlayır, qar yağacaq - XƏBƏRDARLIQ

Bakı və Abşeron yarımadasında yanvarın 28-də arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Arabir güclənən şimal-qərb küləyi əsəcək.

 

Ekologiya və Təbii Sərvətlər Nazirliyindən APA TV-yə verilən məlumata görə, havanın temperaturunun gecə 0-2 dərəcə şaxta, gündüz 1-3 dərəcə isti, Bakıda gecə 0 dərəcəyə yaxın, gündüz 1-3 dərəcə isti olacağı gözlənilir.

 

Tibbi-meteoroloji xəbərdarlığa əsasən, yanvarın 28-də Abşeron yarımadasında arabir güclənən xəzri küləyi və yağıntılı hava şəraiti fonunda soyuq temperatur diskomfortu əksər insanlar üçün çox əlverişsizdir.

 

Azərbaycanın rayonlarında hava şəraitinin arabir yağıntılı olacağı, qar yağacağı gözlənilir. Bəzi yerlərdə intensiv olacağı ehtimalı var. Ayrı-ayrı yerlərdə duman olacaq. Qərb küləyi ayrı-ayrı yerlərdə arabir güclənəcək.

 

Havanın temperaturunun gecə 3 dərəcə şaxtadan 2 dərəcəyədək isti, gündüz 2-6 dərəcə isti, dağlarda gecə 5-10 dərəcə şaxta, gündüz 0-5 dərəcə şaxta olacağı gözlənilir. Yolların buz bağlama ehtimalı var.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR