Dolların ucuzlaşması nefti sürətlə bahalaşdırır
Dolların altı əsas valyutaya qarşı sürətlə ucuzlaşması nefti bahalaşdırır.
APA TV-nin xəbərinə görə, dollar indeksi 100 vahiddən aşağı düşdükdən sonra birjalarda “Brent” markalı neftin qiyməti təxminən 1 dollar bahalaşıb. Hazırda birjalarda bu markadan olan neftin bir bareli 56,46 dollardan satılır.
Səhər hərraclarında Qərbi Texas nefti də dəyər qazanıb. Uzun fasilədən sonra WTİ nefti ilk dəfə 54 dollar həddini keçib. Son altı saat ərzində WTİ markalı neftin qiyməti 54 dollar ətrafında sabitləşir.
Neftin kəskin bahalaşmasına mane olan amil yenə də ABŞ-da hasil olunan şist neftidir. Qiymətlərin 50 dollar həddini keçməsi şist neftinin hasilatını səmərəli edib, bu səbəbdən son altı ayda ilk dəfə olaraq ABŞ-da hasilat 6 faiz artaraq gündəlik 8,96 milyon barelə çatıb.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı