Erməni əsgər müəmmalı şəkildə öldü

Ermənistan ordusunun hərbi hissələrinin birində müddətli hərbi qulluqçu ölüb.

 

APA TV-nin erməni mətbuatına istinadən verdiyi xəbərə görə, bu barədə Ermənistan İstintaq Komitəsinin Baş Hərbi İstintaq İdarəsi məlumat yayıb.


Yanvarın 26-da, saat 16:20 radələrində hərbi hissələrin birində hərbi qulluqçu Samvel Apinyanın səhhəti qəflətən pisləşib. Hərbi hissənin tibb bölümünə çatdırılan S.Apinyan orada ölüb.

 

Hadisə ilə bağlı məhkəmə-tibbi ekspertiza təyin edilib. 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR