Gəncədə bina partladı, pəncərələr yerindən çıxdı
Gəncə şəhərində yaşayış evində partlayış olub. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə şəhərin Yeni Gəncə qəsəbəsindəki 9 mərtəbəli binanın 5-ci mərtəbəsində baş verib.
Həmin ünvanda yaşayan 1951-ci il təvəllüdlü Ulduz Hüseynova mənzildə qaz piltəsini yandırarkən partlayış olub. Nəticədə qadın xəsarət alaraq Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına yerləşdirilib. Ona başın, sifətin və hər iki əlin ağır dərəcəli yanığı diaqnozu qoyulub. Vəziyyətinin ağır olduğu bildirilir.
Partlayış nəticəsində evin pəncərələri binanın qarşısında olan avtomobillərin üzərinə düşərək maşınlara ziyan vurub. Qonşularının dediyinə görə, Ulduz Hüseynova evdə tək yaşayıb.
Faktla bağlı araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
997
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1176
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1153
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1063
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1158
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1094