Pentaqonun yeni rəhbəri İsraillə əməkdaşlığın genişləndiriləcəyini bildirdi
Pentaqonun yeni rəhbəri İsrailli həmkarı ilə telefonla danışıb. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Ceyms Mettis və Aviqdor Libermann Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.
Ceyms Mettis İsrailin təhlükəsizliyinə dəstək verilməsinə çox ciddi yanaşılacağını qeyd edib. O, ABŞ və İsrail arasında hərbi sahədə əməkdaşlığın inkişafına tərəfdar olduğunu vurğulayıb.
Nazirlər regiondakı vəziyyətə müştərək yanaşmanı və problemlərin həll edilməsində birgə əməkdaşlığı vacib saydıqlarını dilə gətiriblər.
Bundan əlavə Mettis almaniyalı və fransalı həmkarları ilə də əlaqə saxlayıb. Avropadakı müttəfiqlərlə ikitərəfli və NATO çərçivəsində əlaqələrin genişləndirilməsi məsələləri müzakirə olunub.
OXŞAR XƏBƏRLƏR
13:58
999
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1178
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1155
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1063
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1158
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1094