Tereza Mey: "Tramp Rusiyaya qarşı Reyqan kimi davranmalıdır"

Böyük Britaniyanın baş naziri ABŞ-ın yeni hakimiyyətini Rusiya ilə münasibətlərdə ehtiyatlı olmağa çağırıb. APA TV-nin "Euronews"a istinadən verdiyi məlumata görə, Tereza Mey Filadelfiyada respublikaçıların qurultayında çıxış edib.

"Əgər söhbət Rusiyadan gedirsə, mərhum prezident Reyqan kimi davranmaq lazımdır. O, vaxtı ilə Mixail Qorbaçovla danışıqlar zamanı "sına, amma yoxla" prinsipi ilə hərəkət edib".

O əlavə edib ki, ABŞ və Britaniya Rusiya ilə yalnız güc dili ilə danışmalıdır.

"Rusiya-Qərb qarşıdurması və "soyuq müharibə"nin başlaması qaçılmazdır. Amma anlaşma daha yaxşı olardı", deyə baş nazir vurğulayıb

Mey İranla bağlı fikirlərini də bölüşüb. Hökumət rəhbəri bildirib ki, İranın nüvə proqramı üzrə əldə olunan saziş aktivdir və ona ciddi riayət edilməlidir. "Bu saziş regional təhlükəsizlik üçün həyati əhəmiyyət daşıyırdı, lakin indi bu razılaşmaya ehtiyatla və çox ciddi riayət edilməlidir, bütün pozuntulara dərhal və qətiyyətlə cavab verilməlidir", - deyə Mey qeyd edib.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR