Fransada "erməni soyqrımı"nı inkar edənlər cəzalandırılmayacaq - YENİ QANUN

Fransa Konstitusiya Məhkəməsi 1915-ci il hadisələri ilə bağlı yeni qanun çıxarıb. APA TV-nin Türkiyə mətbuatına istinadən verdiyi məlumata görə, bu ölkədə "erməni soyqırımı"nı inkar edənlərə qarşı cəza verilməsi qərarı ləğv edilib.

Yeni qərarda qeyd olunur ki, keçən il qəbul edilən sənəd söz azadlığına müdaxilədir. Eyni zamanda bildirlirb ki, bu hadisələr tarixçilərin araşdırma mövzusu olmalıdır.

2016-cı ildə qəbul edilən qanun Türkiyə və Fransa arasında gərginliyə, həmçinin Fransada yaşayan türklərin narazılığına səbəb olmuşdu. 

Əvvəlki qərara görə, Fransada "erməni soyqırımı"nı inkar edənlərə 1 illik həbs və 40 min avro pul cəzası verilirdi.

 

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR