Suriya müxalifəti Lavrovun görüş təklifini rədd etdi

Suriya müxalifəti Astana görüşündə onlara təqdim edilən və Rusiya tərəfindən hazırlanan yeni Suriya konstitusiyası ilə tanış olmaqdan imtina edib. APA TV-nin Rusiya mətbuatına istinadən verdiyi məlumata görə, bundan əlavə Suriya Müxalif və İnqilabi Qüvvələri Milli Koalisiyası (SMİQMK) müxalifətçilərin yanvarın 27-də Moskvada Rusiya xarici işlər naziri Sergey Lavrovla keçiriləcək görüşdə də iştirak etməyəcək.

Lavrovun Suriya daxilində və xaricdə fəaliyyət göstərən müxalifətçilərdən ibarət nümayəndə heyəti ilə görüşəcəyi gözlənilirdi. Qeyd olunan SMİQMK Suriya hüdudlarından kənarda fəaliyyət göstərir.   

Görüşdən imtinanın səbəbi açıqlanmır.  

Məlumata görə, Moskva görüşünə 25 müxalifətçi dəvət olunub.   

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR