Tramp Obamanın Fələstinə bağışladığı milyonlara əl qoydu

ABŞ-ın yeni prezidenti sələfinin daha bir qərarının üzərindən xətt çəkib. APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Donald Tramp Barak Obamanın prezidentliyinin son saatlarında Fələstinə 221 milyon dollar ayrılması ilə bağlı fərmanını ləğv edib.

Tramp sözü gedən qərarın inauqurasiya günü imzalandığını əsas gətirərək düzgün hesab etmir.

Obama sözügedən vəsaitin regiona humanitar yardım edilməsi, habelə islahatların dəstəklənməsi məqsədi ilə  yönəldiləcəyini bildirmişdi.

Onun adından konqresmenlərə göndərilən məktubda vəsaitin İordan çayının qərb sahilində, habelə Qəzza sektorunda məskunlaşan əhaliyə humanitar yardımın göstərilməsinə sərf olunacağı qeyd olunmuşdu.

Barak Obamanın bu addımının Tramp administrasiyasında ciddi narazılıq doğuracağı şübhə doğurmurdu.

Müəllif | Apa.Tv
Nəsimi Nəbizadə

OXŞAR XƏBƏRLƏR