Polis rəisi: "Bundan ürək yanğısı ilə danışıram"

Sabunçu Rayon Polis İdarəsi və İcra Hakimiyyətinin təşəbbüsü ilə "Narkomaniya sosial bəladır! Zərərli vərdişlərə yox deyək!" mövzusunda tədbir keçirilib.

 

APA TV-nin məlumatına görə, tədbir Sabunçu rayonundakı 170 saylı orta məktəbdə təşkil olunub.

 

200 şagird və müəllim heyətinin iştirak etdiyi tədbirdə rayon Polis İdarəsinin rəisi, polis polkovniki Eldar İlyasov, rayon icra hakimiyyəti başçısının I müavini Güloğlan Məmmədov və digərləri iştirak edib. Şagirdlər ailədə valideyn nəzarətsizliyinin övladların təlim-tərbiyəsinə pis təsir etməsinə aid səhnəcik göstəriblər.

 

Natiqlər Lyudmila Çəfərova, Elvin Xankışıyev, Rakif Əliyev və digərləri narkomaniyanı bəşəriyyətin ən böyük bəlası adlandıraraq, şagirdlərə onun cəmiyyətin mənəvi və əxlaqi dəyərlərinə böyük zərbə vurduğunu, sosial-iqtisadi inkişafa mənfi təsir göstərdiyini, insanların həyat və sağlamlıqlarına ciddi təhlükə yaratdığını və cinayətkarlığın artmasına səbəb olduğunu deyiblər.

İdarə rəisi Eldar İlyasov narkomaniyaya qarşı mübarizə üzrə təbliğat işlərinin aparılmasında ailənin və təhsil müəssisələrinin üzərinə daha çox məsuliyyət düşdüyünü vurğulayıb.

Tədbirin sonunda qonaqlar şagirdlərin narkomaniya ilə bağlı suallarını cavablandırıb.   

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR