Tovuzda minik maşını traktora çırpıldı
Tovuzda 4 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib. APA TV-nin qərb bürosunun məlumatına görə, hadisə Böyük Qışlaq kəndinə gedən yolun Quşçu kəndindən keçən hissəsində qeydə alınıb.
“VAZ-21099” markalı avtomobilin traktora çırpılması nəticəsində "VAZ"-da olan Əsrik kənd sakinləri - 1992-ci il təvəllüdlü Rasim Rüstəmov, 1968-ci il təvəllüdlü Şəhla Tağıyeva onun oğlu, 1990-cı il təvəllüdlü Elnur Tağıyev müxtəlif dərəcəli bədən xəsarətləri alıblar. Onlar Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər. Yaralıların vəziyyətinin orta ağır olduğu bildirilir.
Digər sərnişin, 1995-ci il təvəllüdlü Şamxal Tağızadə isə yüngül xəsarət alıb.
Faktla bağlı Tovuz Rayon Polis Şöbəsində araşdırma aparılır.
OXŞAR XƏBƏRLƏR
13:58
1037
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
13:29
1206
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
11:02
1185
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
17:05
1068
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
14:29
1160
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı
13:49
1096