Ağstafada tank mərmiləri tapıldı

Ağstafa rayonunun Saloğlu qəsəbəsinin Acıdərə adlanan ərazidəki otlaq sahəsində 181 ədəd partlamamış hərbi sursat aşkarlanıb.

 

APA TV-nin qərb bürosunun xəbərinə görə, bunlardan 47 ədədi 125 mm-lik tank mərmisi (OF-26), 15 ədədi 7.62 çaplı patron və 119 ədədi 5.45 çaplı patronlardır.

 

Patronlar hərbi istifadə üçün yararlı olduğundan, ANAMA-nın Saloğlu bölməsinin əməkdaşları onları yaxınlıqdakı hərbi hissəyə təhvil verib. Mərmilər isə zərərsizləşdirilmək üçün ANAMA-nın məhv etmə mərkəzinə yığılıb.

 

ANAMA meneceri Mədəd Məmmədovun sözlərinə görə, mərmilərin partlayışı iki çalada həyata keçirilib: "Çalada partlayışın həyata keçirilməsi partlayış gücünü, eyni zamanda partlayışdan yaranana qəlpələrin uçuş məsafəsini minimuma endirmək məqsədi daşıyır. Partlayışın gücü 354 kiloqram trotilə ekvivalentdir".

 

Ceyrançöl adlanan ərazidə hazırda təhlükəli sursatların toplanması işləri davam edir. ANAMA tərəfindən yanvar ayında 2500-ə yaxın partlamamış hərbi sursatın məhv edildiyi bildirilib.

 

Müəllif | Apa.Tv
Apa.tv

OXŞAR XƏBƏRLƏR