ABŞ konqresmeni ilə Bəşər Əsəd arasında gizli görüş

ABŞ-ın Havay ştatından olan xanım konqresmen Tulsi Qabbard Suriya prezidenti Bəşər Əsədlə görüşüb.

 

APA TV-nin xəbərinə görə, bu barədə məlumat verən Tulsi Qabbardın sözlərinə görə, görüş Suriyaya 4 günlük gizli səfəri zamanı baş tutub.

 

"Əvvəl onunla görüş nəzərdə tutulmurdu. Amma belə bir imkan olduqda, mən bundan istifadə elədim. Əgər biz Suriya xalqının taleyi və onların problemləri ilə maraqlandığımızı bəyan ediriksə, o zaman sülh əldə olunması üçün hər kəslə görüşməliyik" - deyə xanım konqresmen qeyd edib.

 

O bəyan edib ki, ABŞ-ın nə düşünməsindən asılı olmayaraq, Əsəd Suriyanın prezidentidir və istənilən sülh danışıqları onunla müzakirə olunmalıdır. Tulsi Qabbard Suriyaya səfəri zamanı çoxlu sayda insanın əziyyət çəkməsinin şahidi olduğunu vurğulayıb.

 

 

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR