Yunanıstan qiyamçı hərbçiləri Türkiyəyə verməkdən imtina etdi

Yunanıstan Ali Məhkəməsi 15 iyul hərbi çevriliş cəhdindən sonra Türkiyədən helikopterlə bu ölkəyə qaçan hərbçiləri qaytarmaqdan imtina edib.

 

APA TV-nin məlumatına görə, hərbçilər məhkəməyə əlləri biri-birinə bağlı olaraq gətirilib. Məhkəmə hərbçilərin Türkiyəyə ekstradisiya edilməməsi barədə qərar çıxarıb.

 

Qeyd edək ki, Türkiyə avqust ayında hərbi çevrilişdə iştirak edən hərbçilərin ekstradisiyası ilə bağlı Yunanıstana müraciət edib. Türkiyədən Yunanıstana 3 mayor, 3 kapitan və 2 gizir qaçıb.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR