Rusiya Suriyada kürd muxtariyyətinin yaradılmasını təklif edir

Suriyanın Rusiya tərəfindən hazırlanan Konstitusiya layihəsinin yeni detalları məlum olub.

 

APA TV-nin Rusiya mətbuatına istinadən məlumatına görə, Astana görüşündə tərəflərə təqdim olunan layihədə Suriyanın unitar dövlət statusunun saxlanılması ilə ölkə ərazisində kürd muxtariyyətinin yaradılması nəzərdə tutulur.

 

Bundan əlavə, sənəd özündə ayrı-ayrı regionlara dil seçimində sərbəstlik verilməsini də ehtiva edir.

 

Qeyd edək ki, bir qədər əvvəl Rusiyanın xarici işlər naziri Sergey Lavrov yeni layihənin Suriya hökuməti, silahlı müxalifət və region ölkələrinin maraqlarına cavab verdiyini bildirib.

 

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR