"ASAN QATAR" fəaliyyətə başlayır - AZƏRBAYCANDA İLK
Fevral ayından etibarən "ASAN Qatar" fəaliyyətə başlayacaq. APA TV-nin xəbərinə görə, fevralın 1-dən işə düşəcək "ASAN Qatar"ın ilk ünvanı Qazax rayonu olacaq və 15 gün müddətində əhaliyə səyyar xidmət göstəriləcək.
"ASAN Xidmət"in İnformasiya təminatı şöbəsinin müdiri Anar Hüseynovun sözlərinə görə, fevralın 1-dən 15 gün müddətində "Səyyar ASAN Qatar"ın Qazax rayon sakinlərinə, 15 gündən sonra Tovuz rayon sakinlərinə xidmət göstərməsi nəzərdə tutulub.
Xidmətlər 4 dövlət orqanı - Əmlak Məsələləri Dövlət Komitəsi, Ədliyyə, Daxili İşlər, Əmək və Əhalinin Sosial Müdafiəsi nazirlikləri tərəfindən aparılacaq.
"ASAN Qatar" daxilində ilk dəfə olaraq laboratoriya və aptek də fəaliyyət göstərəcək. Vətəndaşlara bu laboratoriya daxilində 4000-ə qədər laborator xidmət göstəriləcək və eyni zamanda aptek daxilində dərmanların satışı aparılacaq. Anar Hüseynovun sözlərinə görə, burada qiymətlər digər apteklərə nisbətən daha ucuz olacaq: "ASAN Xidmət" mərkəzləri təsis edilmədiyi regionlarda vətəndaşlara dövlət xidmətlərinin göstərilməsini təmin etmək məqsədilə "Səyyar ASAN" konsepsiyası reallaşdırıldı. "Səyyar ASAN Xidmət"in göstərməsində əsas məqsəd vətəndaşların "ASAN Xidmət" mərkəzlərinə gəlmədən bir növ dövlət xidmətlərindən öz qapılarında yararlanmaq imkanı və bununla da əlbəttə qarşımızda duran vəzifə vətəndaşların məmnunluğunu yaratmaqdır".
"ASAN Qatar" gözləmə zalı, laboratoriya, xidmət zalı və əməkdaşların istirahət kupesi olmaqla 4 vaqondan ibarətdir.
Qatarda funksional yardımçı - foto və bank xidmətləri də təşkil edilib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı