İntihar çıxış yoludurmu? - SORĞU

Psixoterapevt Dəyanət Rzayevin intiharı cəmiyyətdə şok effekti yaradıb. Çünki bu dəfə insanları intihar fikrindən çəkindirməli olan peşə sahibi həyatına qəsd edib. Bu hadisə kimi, intihar faktının özünə də münasibət birmənalı deyil. Kimisi intiharı cəsarətli addım sayır, bir başqası acizlik. Bəs intihar həqiqətənmi çıxış yoludur?

 

Paytaxt sakinləri arasında keçirdiyimiz sorğudan məlum oldu ki, əksəriyyət intiharın əleyhinədir. Onların fikrincə, intihar problemlərdən çıxış yolu deyil. Əksinə, intihar həm günah, həm də qurtulduğun düşündüyün problemləri ailə üzvlərinə miras qoymaqdır.

 

Optimist bir insan ayaqqabıları oğurlanınca "ayaqlarım var" deyə bilən insandır. Odur ki, hər şeyə şükür etmək, çətinliklərə sinə gəlmək gərəkdir. 

Müəllif | Apa.Tv
Almaz Qasımova

OXŞAR XƏBƏRLƏR