Maşını oğurladı, ehtiyat hissəslərini öz maşınına quraşdırdı
Xaçmaz rayonunda maşın oğurlamaqda şübhəli bilinən şəxs saxlanılıb.
APA TV-nin şimal bürosunun verdiyi məlumata görə, Xaçmaz rayonu, Ağyazı-Buduq kənd sakini Kərimov Rahib Qurban oğluna məxsus “VAZ-21011” markalı avtomaşın maşın təmiri sexindən oğurlanıb.
Xaçmaz rayon Polis Şöbəsi əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində həmin avtomobili oğurlamaqda şübhəli bilinən Xaçmazın Qusarçay kənd sakini, 1984-cü il təvəllüdlü Zülfüqarov Ələnur Qamət oğlu saxlanılıb. Yaşadığı evin qarajına baxış zamanı oğurlanan maşının orda olduğu müəyyən edilib.
İstintaqa ifadəsində saxlanılan şəxs oğurladığı maşının ehtiyat hissələrinin bir hissəsini özünə məxsus eyni markalı avtomobilə yerləşdirdiyini bildirib. Digər ehtiyat hissələrini isə satmaq istəyib.
Saxlanan şəxs barədə məhkəmənin hökmü ilə 3 ay müddətinə həbs-qətimkan tədbiri seçilib. Hazırda istintaq tədbirləri davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı