Gəncədə yanğın: bir nəfər evdə yanaraq öldü

Gəncədə ölümlə nəticələnən yanğın hadisəsi baş verib.

 

Şəhərin Nizami prospektində fərdi mənzildə baş verən yanğının söndürülməsi qısa zamanda başa çatıb. 

 

Yanar konstruksiyalar və ev əşyaları yansa da, evin qalan hissələri alovdan mühafizə olunub.

 

Yanğın söndürüldükdən sonra evdən 1962-ci il təvəllüdlü Arif Məmməd oğlu Sultanovun yanmış meyiti aşkar olunub. Faktla bağlı hüquq mühafizə orqanları tərəfindən araşdırma aparılır.

 

Müəllif | Apa.Tv
Azər Məmmədli

OXŞAR XƏBƏRLƏR