“Azəravtoyol”: Ötən il Azərbaycanda 14 yeni avtomobil körpüsü tikilib
2016-cı il ərzində 880 km uzunluğunda ümumi istifadədə olan yeni avtomobil yolları, prospekt və küçələr tikilib, yenidən qurulub və təmir olunub, həmçinin 14 ədəd yeni avtomobil körpüsü tikilib, 8 ədədi isə təmir edilib.
APA TV-nin xəbərinə görə, bu barədə “Azəravtoyol” ASC-də 2016-cı ilin yekunlarına və 2017-ci il qarşıda duran vəzifələrin icrasına həsr olunan iclasda bildirilib.
Cəmiyyətin sədri Saleh Məmmədov son bir il ərzində yol infrastrukturunun müasirləşdirilməsi, hərtərəfli inkişafı üçün çox böyük işlər görüldüyünü və hazırda da bu işlərin uğurla davam etdirildiyini deyib. Onun sözlərinə görə, ötən il ərzində Bakı şəhəri Binəqədi, Nizami, Yasamal, Xətai, Nərimanov, Nəsimi, Xəzər, Sabunçu, Suraxanı, Qaradağ və Səbail rayonlarında 48 adda prospekt və küçə yenidən qurulub və təmir olunub, həmçinin 4 ədəd piyada keçidi tikilib, 1-i isə təmir edilib.
Azərbaycan prezidentinin imzaladığı 48 sərəncamın icrası olaraq ümumi uzunluğu 515 km təşkil edən 21 kəndlərarası və 7 qəsəbələrarası avtomobil yollarının tikintisi, qəzalı vəziyyətə düşən 1 körpünün bərpası işləri başa çatdırılıb. Sözügedən avtomobil yollarının tikintisi ilə 173 yaşayış məntəqəsinin təqribən 1 milyon 230 min əhalinin rahat və təhlükəsiz hərəkəti təmin olunub.
2016-cı il ərzində prezident İlham Əliyev 21 dəfə avtomobil yolu və yol qurğularının açılış, təməlqoyma və tanışlıq mərasimlərində iştirak edib, tövsiyə və tapşırıqlarını verib. Bu dövr ərzində ümumilikdə 1 milyon 21,8 min ton asfalt-beton istehsal edilib.
Saleh Məmmədov 2017-ci ildə də bu istiqamətdə genişmiqyaslı işlərin aparılacağını qeyd edib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı