"Gərək İraqdan çıxmazdıq..." - TRAMPDAN İLK QALMAQALLI MÜSAHİBƏ

Artıq 5 gündür ki, Ağ Evdə olan ABŞ prezidenti Donal Tramp prezident kimi ilk müsahibəsini verib.

 

APA TV-nin xəbərinə görə, Tramp ABC kanalına görəcəyi işlərdən danışıb.

 

İlk işinin Amerikanı qeyri-leqal miqrantlardan qorumaq olduğunu deyən Ağ Ev rəhbəri Meksika ilə sərhədə hasar çəkdirəcəyini rəsmən elan edib.

 

“Meksika ilə sərhəddə divarın tikilməsinə bir müddətdən sonra, bir neçə aya başlanacaq. Meksika divarın xərclərini 100 faizödəyəcək. Onlar hələ ki, bunu bilmirlər, amma onlar divarın xərclərini ödəyəcəklər”, - deyə D.Tramp qeyd edib. Hərçənd Meksika prezidenti Enrike Penya Neto bəyan edib ki, təklif ABŞ tərəfindən gəldiyi üçün xərcləri də rəsmi Vaşinqton ödəməlidir.

 

Xarici siyasətdən danışan ABŞ prezidenti Suriyadakı münaqişənin tezliklə həll olunmasının vacibliyini deyib. "Mən Suriyada tamamilə təhlükəsiz zona yaradacağam", - deyə Ağ Ev rəhbəri bildirib.

 

Donald Tramp qeyd edib ki, ABŞ regiondakı neft yataqlarını nəzarət altına götürsəydi, o zaman İŞİD terror təşkilatının yaranmasının qarşısını almaq olardı. O, neftin nəzarətə alınmasının beynəlxalq hüququ pozduğunu düşünənləri mütəxəssis yox, “axmaq” adlandırıb: “Biz gərək İraqa girəndən sonra oradan çıxmazdıq”.

 

Bundan başqa, Tramp Amerikada cinayətkarlığa son qoyacağını da açıqlayıb. "Əgər yerli hakimiyyət orqanları Çikaqo mafiyası ilə bacarmırlarsa, o zaman federal hökumət də bu işə qoşulacaq".

 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR