Madlen Olbrayt: "İslamı qəbul etməyə hazıram"
ABŞ-ın keçmiş dövlət katibi Madlen Olbrayt prezident Donald Trampın müsəlmanların qəbulu, habelə Suriya qaçqınlarına viza verilməsinə qarşı qərarına etiraz edib.
APA TV-nin məlumatına görə, buna cavab olaraq xanım M.Olbrayt İslamı qəbul etməyə hazır olduğunu bildirib. Madlen Olbrayt bu qərarını özünün "Tvitter" hesabında şərh edib:
"Mən katolik kimi böyümüş, daha sonra protestantlığı qəbul etmişəm. Bir müddət sonra doğmalarımın əslində yəhudi olduğunu bilmişəm. İndi mən həmrəylik naminə müsəlman olmağa hazıram. Azadlıq heykəlinin üzərində kiçik hərflərlə yazı yoxdur. Amerika istənilən dindən və etnik qrupdan olan insanlar üçün açıq olaraq qalmalıdır", - deyə M.Olbrayt bildirib.
Sabiq dövlət katibi səhifəsinə Azadlıq heykəlinin fotosunu da yerləşdirib.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı