Valyutaların rəsmi məzənnəsi açıqlandı

Azərbaycan Mərkəzi Bankı manatın bu günə olan rəsmi məzənnəsini açıqlayıb.

 

APA TV-nin məlumata görə, ABŞ dollarının məzənnəsi yanvarın 25-i ilə müqayisədə artaraq 1,9068 manat təşkil edib.
 

Avro da manata nisbətən bahalaşıb. Avrozonanın vahid valyutası möhkəmlənərək 2,0511 manat olub.

Rəsmi məzənnəyə əsasən, 1 ingilis funt sterlinqi 2,4134 manatdır. Beləliklə, funt sterlinqin də məzənnəsində artım baş verib.

 

Rus rublu, Türkiyə lirəsi və Gürcüstan larisi də bahalaşıb. Hazırda 1000 rubl 32 manat 10 qəpik, 100 lirə 49 manat 77 qəpik, 100 gürcü larisi isə 70 manat 82 qəpikdir.

Azərbaycan Mərkəzi Bankı rəsmi məzənnələri həftə içi hər gün açıqlayır. Həftəsonu isə üçgünlük məzənnə açıqlanır.

Müəllif | Apa.Tv
Elvin Bayramlı

OXŞAR XƏBƏRLƏR