Şahid: "Lənkərana vertolyot və tanklarla hücum etdilər" - REPORTAJ
Bakıda törədilən qanlı 20 yanvar faciəsindən sonra sovet qoşunları Azərbaycanın bölgələrində də qırğınlar həyata keçirdilər. Paytaxtla yanaşı, Neftçala və Lənkəran da sovet ordusunun hücumuna məruz qaldı.
APA TV-nin cənub bürosunun xəbərinə görə, 1990-cı il yanvarın 26-da Lənkəranda imperiya qoşunları tərəfindən törədilən qırğından 27 il ötür. Lənkəranın Haftoni qəsəbəsində yaşayan Baləddin Cəlalov həmin günləri ürək ağrısı ilə xatırlayır: "Sanki bizim kəndimiz döyüş səhnəsini xatırladırdı. Təxminən saat 5 radələrində havadan vertolyotlar, yerdən BTR-lər, tanklar və piyada qoşunları - kəndimiz dağın ətəyində yerləşir - dağa sarı hücuma keçdilər".
Qəsəbə sakini İlqar Rəhimovun sözlərinə görə, qırğınlar zamanı mülki sakinlərə evdən çıxmamaq tapşırılır. Buna baxmayaraq, bəzi evlərin dam örtüklərinə və dinc sakinlərə atəş açılır: "Onların xüsusi təyinatlı geyimləri vardı, görünüşü fərqli idi. Əsgərlərin bir hissəsi gördüyümüz bu yerə endirildi, onlar burda qırğın törətməyə başladı. Eyni zamanda vertolyotlardan atəşə açıldı və gülləbaran qaranlıq düşənə qədər davam elədi".
Baləddin Cəlalov deyir ki, atəşə məruz qalanlardan biri də ata və oğlu olub: "Kəndin kənarından kanalüstü yol var, qonşu kəndə ata oğul yolla gedirdi, uzaqdan pulemyot ilə vurdular, motosikl yandı".
Lənkəran hadisələri zamanı ümumilikdə 11 lənkəranlı şəhid olub. Onlar şəhərin mərkəzində salınmış Şəhidlər Xiyabanında dəfn olunublar.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı