Sumqayıtda akkumulyator oğruları tutuldu
Sumqayıt Şəhər Polis İdarəsinin (ŞPİ) əməkdaşları yük avtomaşınlarından ehtiyat hissələri oğurlayan şəxslərə qarşı xüsusi əməliyyat-axtarış tədbiri həyata keçirib. Əməliyyat nəticəsində bu cinayətləri törətməkdə şübhəli bilinən Sumqayıt şəhər sakinləri - Vadim Məmmədov, Nicat Heydərov və Nurlan Əbilov saxlanılıblar.
İlkin ifadələri zamanı dəstə üzvləri Sumqayıt şəhəri və ətraf ərazilərdən 10-dan artıq yük avtomobilinin akkumulyatorunu oğurladıqlarını etiraf ediblər.
Saxlanılan şəxslər oğurladıqları akkumulyatorları Sumqayıt şəhəri ərazisində yerləşən müxtəlif metal qəbulu məntəqələrinə dəyər-dəyməzinə satdıqlarını və əldə etdikləri pulları aralarında böldüklərini bildiriblər.
Sumqayıt ŞPİ əməkdaşları tərəfindən əməliyyat tədbirlərinin davamı kimi oğurluq akkumlyatorları alan metal qəbulu məntəqələrinin sahibləri də müəyyən edilərək məsuliyyətə cəlb ediliblər. Saxlanılan metal qəbulu məntəqələri sahibləri aldıqları akkumulyatorların oğurluq olduğundan əvvəldən məlumatlı olublar.
Faktla bağlı Sumqayıt ŞPİ-nin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işləri başlanılıb, araşdırmalar davam etdirilir.
OXŞAR XƏBƏRLƏR
Rusiyadan Ermənistana Azərbaycandan keçməklə növbəti tədarük həyata keçirildi
Azərbaycan və Ermənistan lideləri TRIPP marşrutunun icrasını müzakirə ediblər
Cənubi Qafqazda yeni reallıq: onu İlham Əliyev yaratdı
"Torqovı"da iaşə obyektləri YANDI - XƏSARƏT ALANLAR VAR
Abel Məhərrəmovun oğlu səfir vəzifəsindən geri çağırıldı