Taleh Bağırova 20, Fuad Qəhrəmanlıya 10 il həbs cəzası verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində Taleh Bağırov, Fuad Qəhrəmanlı və digərlərinin cinayət işi üzrə məhkəmə prosesi başa çatıb. 

 

APA TV-nin xəbərinə görə, hakim Əlövsət Abbasovun sədrliyi ilə keçirilən prosesdə hökm oxunub. 


Hökmə əsasən, Taleh Bağırov 20 il müddətinə azadlıqdan məhrum edilib. Bundan  başqa, Abbas Hüseynov 20 il, Fuad Qəhrəmanlı isə 10 il müddətinə azadlıqdan məhrum olunub.

 

Təqsirləndirilən şəxslərin ailə üzvləri, Nardaran qəsəbə sakinləri hökm oxunan ərəfədə məhkəmə qarşısına toplaşıblar. Təhlükəsizliyin təmin olunması üçün əraziyə Çevik Polis Alayının zabit heyəti əraziyə cəlb olunub.

 

Hökmün oxunması prosesinin bir neçə saat keçəcəyini təxmin edənlər məhkəməyə sovqat bağlamaları ilə gəlmişdilər.

 

Fasilədən sonra hökm elan olunub. Təqsirləndirilən Cabbar Cabbarov 19, Rasim Cəbrayılov 17, Şamil Abduləliyev, Zakir Mustafayev, Cahad Babakişizadə, Abbas Quliyev, İbrahim Xudaverdiyev, Etibar İsmayılov, Bəhruz Quliyev, Əli Nuriyev, Əlibala Vəliyev, Fərhad Balayev və Abbas Tağıyev 14 il 6 ay, Ramin Yarıyev və Aqil Quliyev 10 müddətinə azadlıqdan məhrum ediliblər.

 

Taleh Bağırov və Abbas Hüseynov cəzalarının 7 ilini qapalı rejimdə çəkəcəklər.


Qeyd edək ki, prokuror Taleh Bağırova ömürlük həbs cəzası istəmişdi. 

 


 

Müəllif | Apa.Tv

OXŞAR XƏBƏRLƏR