Prodüser Tolik: “Mənə yaltaq deyirlər”

Prodüser Tolik onu tənqid edənlərdən gileylidir. O, sosial şəbəkələrdə barəsində danışılanlardan qəzəblənib: “Mənə yaltaq deyirlər. Niyə başqası deyəndə yaltaq olmur, mən deyəndə yaltaq oluram?”

 

Bəs prodüseri kim və niyə əsəbiləşdirib? Tarix Əliyev APA TV-yə açıqlamasında sosial şəbəkələrdə ünvanına səsləndirilən ittihamları cavablandırdı: “Mənə yaltaq deyirlər. Mən bir vətəndaş kimi nəyisə sevirəmsə, dövlətimdə nəyisə bəyənirəmsə, bu, yaltaqlıqdan irəli gəlmir. Mən bəlkə problemə başqa yöndən baxıram? Amma insanlar bunu mənə yaltaqlıq kimi gətirirlər. Mən bunu bəyənmirəm”.

 

O, vətəndaş kimi mövqeyinin olduğunu, lazım gələndə bu mövqeyi nümayiş etdirəcəyini bildirib. Sırf şou-biznesdə adı hallanır deyə, başqa mövzuya münasibət bildirməsini tənqid edənlərə isə cavab belədir: “Mənim də bir söz demək haqqım var bu ölkədə. Yazırlar ki, sən şou-biznesdən başqa şeydən danışma. Niyə? Mən də insanam da. Mənim də gözüm var, oxuyuram. Münasibət göstərmək istəyirəm. Mən azərbaycanlıyam. Ölkəmi sevməliyəm. Mən Şri-Lankadan tutmuş haralarda olmuşam. Mən Azərbaycanda küçədə yaşayan bomj görmürəm, amma dünyada görürəm. Amerikada da görürəm”.

 

Tarix Əliyev sosial şəbəkə istifadəçilərinə bu qədər tənqidi mövqedə olmamağı məsləhət görüb.

Müəllif | Apa.Tv
Nigar Həsənli

OXŞAR XƏBƏRLƏR