İrana qarşı ciddi maliyyə və iqtisadi sanksiyalar qoyula bilər

ABŞ Konqresinin yeni tərkibdəki ilk iclasında respublikaçı senatorlar Marko Rubio, Todd Yanq və Con Kornin müzakirəyə İrana qarşı qeyri-nüvə sanksiyalarının tətbiqi ilə bağlı qanun layihəsi təqdim edib.

 

APA TV-nin Rusiya mətbuatına istinadən xəbərinə görə, sənəd bu ölkəyə ciddi maliyyə və iqtisadi sanksiyaların qəbulunu nəzərdə tutur.

 

Bu arada, senator Marko Rubio İranın nüvə və qeyri-nüvə təhlükəsinə qarşı məsuliyyət daşımalı olduğunu bildirib.

 

Bir sıra məhdudiyyətləri nəzərdə tutan sənəd 2015-ci ildə 5+1 formatındakı danışıqlarda İranla iştirakçı ölkələr arasında bəzi razılaşmaların əldə olunmasına rəğmən hazırlanıb.

 

Sanksiya paketinin İslam İnqilabının Keşikçiləri ordusu, bir sıra iri şirkətlər, ballistik raketlərin hazırlanmasında və iqtisadi cəhətdən dəstəklənməsində iştirak edən şəxslərə qarşı tətbiq ediləcək.

Müəllif | Apa.Tv
Fərid Rəsulov

OXŞAR XƏBƏRLƏR